Ermənistanda yanacaq qiymətində tarixi rekord
Dünya
Ermənistanda benzin və dizel yanacağı yenidən bahalaşıb.
News24.az xəbər verir ki, sözügedən bahalaşma ilə yeni tarixi rekord qeydə alınıb.
İrəvanda yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin bir litrinin qiyməti əvvəlki 580 dramdan 600 drama (1,66 dollar) yüksəlib.
“Premium” benzinin qiyməti də 20-30 dram artaraq 620-630 drama çatıb.
Dizel yanacağının qiyməti də eyni məbləğdə bahalaşıb və hazırda bir litri 710 drama satılır.