Ermənistanda yeni həbs dalğası - Hədəfdə qondarma rejimin generallarıdır

Ermənistanda yeni həbs dalğası - Hədəfdə qondarma rejimin generallarıdır Dünya

Ermənistanda növbəti səs-küylü həbslərin olacağı gözlənilir.

News24.az xəbər verir ki, bu barədə “İvarnuk” qəzeti məlumat yayıb.

Məlumata görə, hüquq-mühafizə orqanlarının diqqət mərkəzində qondarma Dağlıq Qarabağ rejimindən olan generallarıdır.

Nəşr hakim “Vətəndaş Müqaviləsi” partiyasındakı mənbələrə istinadən bildirib ki, Ermənistanda müxtəlif biznes strukturlarına sahib olan qondarma rejimin keçmiş yüksək rütbəli hərbçilərinə qarşı cinayət işləri başlanacaq.

Həmçinin “qalmaqallı videogörüntülərin” də ortaya çıxacağı gözlənilir. Konkret adlar açıqlanmayıb.