Ermənistanda zəlzələ oldu

Ermənistanda zəlzələ oldu Dünya

Ermənistanda 2,8 bal gücündə zəlzələ baş verib.

News24.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələ sentyabrın 17-də saat 12:17-də Ermənistanın Geğarkunik vilayətinin (Göyçə mahalı) Şoxakat kəndindən (Şorca) 3 kilometr cənub-şərqdə qeydə alınıb.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentrdə yeraltı təkanların gücü 3-4 bal olub.

Təkanlar Geğarkunik vilayətinin Şoxakat, Artaniş, Draxtik və Cil kəndlərində 3-4 bal gücündə hiss edilib.