Ermənistan bu ölkələrdəki səfirlərini geri çağırdı
Dünya
Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın fərmanı ilə bir neçə fövqəladə və səlahiyyətli səfir, eləcə də ölkənin digər ölkələrdəki nümayəndələri Ermənistana geri çağırılıb.
News24.az xəbər verir ki, o bu gün müvafiq fərmanlar imzalayıb.
Anahit Harutyunyan Ermənistan Respublikasının Kanada, Kuba Respublikası, Dominikan Respublikası və Yamaykadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Ermənistan Respublikasının Argentina, Çili və Peru Respublikalarındakı fövqəladə və səlahiyyətli səfiri Ovannes Virabyan, Yunanıstan və Albaniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tiqran Mkrtçyan da fövqəladə və səlahiyyətli səfir vəzifələrindən geri çağırılıb.
Tsovinar Hambardzumyan Ermənistanın Bolqarıstan və Şimali Makedoniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, Arman Hakobyan isə İsrail Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Xaçaturyanın fərmanı ilə Viktor Biyaqov Ermənistan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri və Ermənistan Respublikasının Kimyəvi Silahların Qadağan Edilməsi üzrə Təşkilatdakı Daimi Nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Arman İsraelyan Ermənistan Respublikasının Şimali Atlantika Müqaviləsi Təşkilatındakı Missiyasının rəhbəri vəzifəsindən geri çağırılıb.