İran ABŞ-ın Avropadakı bazalarını da vuracaq

İran ABŞ-ın Avropadakı bazalarını da vuracaq Dünya

İran Avropadakı ABŞ hərbi bazalarını hədəfə ala bilər.

News24.az-ın xəbərinə görə, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi sədrinin müavini Abbas Muxtadaei bildirib ki, ABŞ İrana qarşı hücumlar üçün istifadə edəcəyi təqdirdə, Böyük Britaniya, Almaniya və Bolqarıstandakı Amerika hərbi bazaları İranın hədəfinə çevriləcək.

“Böyük Britaniya, Almaniya və ya Bolqarıstandakı Amerika bazası bizim üçün Bəhreyndəki ABŞ bazasından fərqlənmir. ABŞ İrana qarşı əməliyyatlar aparmaq üçün istənilən ölkənin ərazisindən istifadə edərsə, həmin ərazi İranın cavab zərbələrinin hədəfi ola bilər”, – deyə o, İranın SNN xəbər agentliyinə açıqlamasında bildirib.

Muxtadaeinin sözlərinə görə, Avropa ölkələri əvvəllər ABŞ-ın onların hərbi bazalarından hücum məqsədilə istifadəsinə icazə verməyəcəklərini bəyan ediblər. Lakin Vaşinqton sonradan bir sıra Avropa ölkələri ilə onların ərazilərindən və hərbi bazalarından mümkün istifadə ilə bağlı danışıqlara başlayıb.

İran tərəfi isə ABŞ-ın hücumlarının haradan həyata keçirilməsindən asılı olmayaraq, cavab zərbələri zamanı coğrafi məsafəni nəzərə almayacağı barədə əvvəlcədən xəbərdarlıq edib.