Ermənistanın Müdafiə Nazirliyinin qulluqçusu bıçaqlandı
Dünya
Ermənistanın Müdafiə Nazirliyinin qulluqçusu bıçaqlanıb.
Bu barədə News24.az yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, hadisə Əştərək rayonunda qeydə alınıb. Kirakos M. Əştərəkdəki supermarketlərdən birində 20 yaşlı Vazgen S. ilə mübahisə edib. Mübahisə zamanı Kirakos M. ona bıçaqla xəsarət yetirib.
Vazgen S. xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb. Kirakos M. saxlanılıb.
Məlumata görə, Vazgen S. Müdafiə Nazirliyinin qulluqçusudur.