"Ermənistanın Müstəqillik Bəyannaməsinin mətni dövlətçilik əleyhinədir"
Dünya
Ermənistanın Müstəqillik Bəyannaməsinin mətni dövlətçilik əleyhinədir”.
News24.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Bu mətn dövlətə sahib olmağın mümkünsüzlüyündən bəhs edir. Biz tariximizdən dərs çıxarmalıyıq. Dünya nizamı dağılır, biz isə bu şəraitdə sülhü bərqərar edə bildik”, — deyə Paşinyan vurğulayıb.
Paşinyanın sözlərinə görə, Müstəqillik Bəyannaməsində əksini tapan ideologiyadan imtina Azərbaycanın və ya hər hansı xarici qüvvənin tələbi ilə bağlı deyil.
“Bu, Ermənistanın maraqlarından irəli gəlir”, — deyə o qeyd edib.