Əsirlərin xilas edilməsi üçün razılaşma əldə oluna bilər - Nazir

Əsirlərin xilas edilməsi üçün razılaşma əldə oluna bilər - Nazir Dünya

İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, HƏMAS-ın əlində olan israilli məhbusları azad etmək üçün razılaşma ola bilər.

News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Qalant əsirlərin ailələri ilə görüşüb.

Qalant əsirləri hər vasitə ilə xilas etməkdə qərarlı olduqlarını və bunun razılaşma ilə ola biləcəyini söyləyib.

"Bizim müharibə üçün bir cədvəlimiz yoxdur. Əsirlər azad olunana qədər davam edəcəyik"-deyə, o qeyd edib.

Ülkər Abdurahmanlı