Estoniyanın qərarı baha başa gəldi – bu hüquqdan məhrum edildi

Estoniyanın qərarı baha başa gəldi – bu hüquqdan məhrum edildi Dünya

Estoniya Rusiya və Belarus vətəndaşlarını ölkəyə buraxmaqdan imtina etdiyi üçün qılıncoynatma üzrə Avropa çempionatını keçirmək hüququndan məhrum edilib.

News24.az xəbər verir ki, Estoniya tərəfi işğalçı ölkələrin vətəndaşlarına viza verilməsinə qəti şəkildə qarşı çıxıb. Nəticədə ölkə yarışın təşkilatçıları siyahısından çıxarılıb.

Yarışların iyun ayında Tallində keçirilməsi planlaşdırılırdı, lakin qərardan sonra çempionat Fransada təşkil olunacaq. Rusiya və Belarus idmançılarının yarışlarda neytral statusda iştirakına icazə veriləcək.