Evdə ölü tapıldı: - Sevgilisinin...

Evdə ölü tapıldı: - Sevgilisinin... Dünya

Türkiyədə İbrahim Solak (25) evində güllə yarası ilə ölü tapılıb. 

News24.az-ın məlumatına görə, xəbərdarlıq üzərinə İbrahim Solakın evinə tibbi briqada və polis qrupları göndərilib. Evə daxil olan polis Solakı yerdə hərəkətsiz vəziyyətdə qan içində tapıb. 

Tibbi briqada tərəfindən aparılan müayinədən sonra İbrahim Solakın həyatını itirdiyi müəyyən edilib. 

Silahla vurularaq öldürüldüyü təsbit edilən Solakın cansız bədəni polis və prokurorun hadisə yerində araşdırmasından sonra meyitxanaya aparılıb.

Eyni zamanda, polis evin təhlükəsizlik kamerası görüntülərini araşdıraraq müəyyən edib ki, hadisə baş verən gün 3 nəfər evin həyətinin divarından tullanaraq evə daxil olub. 

Polis görüntülərdən müəyyən edilən 3 şübhəlini yaxalayaraq saxlayıb. 3 şübhəlinin öldürülən İbrahim Solakın sevgilisinin dostları olduğu bildirilib. 

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Günel Məlikzadə

Evdə ölü tapıldı: - Sevgilisinin...