Fabrikdə partlayış: 2 ölü, 6 yaralı
Dünya
Türkiyənin Kocaeli şəhərindəki fabriklərin birində partlayış olub.
News24.az xəbər verir ki, bu barədə “HABERLER.COM” məlumat yayıb.
Məlumata görə, hadisəyə səbəb qaz balonun partlaması olub.
Hadisə nəticəsində 2 nəfər ölüb, 6 nəfər isə yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
Mehriban Mirzəzadə