FED böhran proqramını dayandırır
Dünya
ABŞ Federal Ehtiyat Sistemi (FED) Silikon Vadisi Bankının (SVB) iflasından sonra bankları dəstəkləmək üçün yaradılan kredit proqramının dayandırılacağını açıqlayıb.
News24.az bildirir ki, açıqlamada proqramın planlaşdırıldığı kimi martın 11-də başa çatacağı, sözügedən tarixə qədər proqram çərçivəsində kreditlərin verilməsinin davam etdiriləcəyi bildirilib.
Açıqlamada xatırladılıb ki, proqram ötən il bank sisteminin sabitliyini təmin edib və iqtisadiyyatı dəstəkləyib.