Fəlakət xəbərdarlığı
Dünya
Avstraliya Yayım Korporasiyasının (ABC) xəbərinə görə, yanğınsöndürmə rəsmiləri ştatda davam edən yanğını söndürmək üçün 500-dən çox yanğınsöndürmə personalının ayrıldığını bildirib. Yanğınsöndürmə işləri çərçivəsində vertolyotlar və meteoroloji təyyarələr də daxil olmaqla 24 təyyarənin aktiv olduğu bildirilib.
News24.az xəbər verir ki, səlahiyyətlilər yanğın başlayandan bəri 19 min 500 hektardan çox ərazinin külə döndüyünü bildirib. Avstraliya Meteorologiya Bürosunun (BOM) rəsmisi Angus Hines də önümüzdəki günlərdə isti və küləkli hava proqnozlaşdırdıqlarını, buna görə də yanğının fevralın 28-də “fəlakətli ölçülərə” çatma riskini daşıdığını vurğuladı.
Viktoriya Baş Prokuroru və Fövqəladə Xidmətlər Naziri Jaclyn Symes yanğın təhlükəsinin geniş bir əraziyə yayıla biləcəyi barədə xəbərdarlıq edərək, "Bölgədə artıq yanğın olduğundan narahat olmaq və hazırlaşmaq üçün çox şey var" dedi.
Xatırladaq ki, fevralın 22-də Viktoriya ştatının qərbində meşə yanğını baş verib və səlahiyyətlilər küləyin alovu şimal-şərqə daşıdığını və bölgə ətrafındakı yaşayış məntəqələrinin yanğın təhlükəsi ilə üzləşdiyini açıqlayıb.
Günel Məlikzadə