"Fələstini "qiyamət silahı" ilə vurun" - DEPUTAT

"Fələstini "qiyamət silahı" ilə vurun" - DEPUTAT Dünya

“Bu mənim fikrimdir. İsrail Fələstin ərazilərini “Yerixo” (“Jericho”) raketi ilə vurmalıdır. Tanrı hamımızın gücünü qorusun”.

News24.az xəbər verir ki, bu barədə İsrailin hakim “Likud” partiyasından olan deputat Talli Qotliv bildirib.

Siyasətçi sözügedən raketi “qiyamət silahı” adlandırıb.

Qeyd edək ki, “Yerixo” İsrail tərəfindən 1960-cı illərdən bu günə qədər inkişaf etdirilən və istifadə olunan ballistik raketlərə verilən ümumi addır.

Ayşən