Fidandan dünya üçün mesaj: Bu münaqişə nəzarətdən çıxa bilər

Fidandan dünya üçün mesaj: Bu münaqişə nəzarətdən çıxa bilər Dünya

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ ilə İran arasında mümkün hərbi qarşıdurmanın ciddi risklər yaratdığını bildirib.

News24.az xəbər verir ki, Fidan bu barədə “CNN Türk” telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, ABŞ-İran müharibəsi baş verərsə, prosesin harada və necə dayanacağını əvvəlcədən proqnozlaşdırmaq mümkün olmayacaq.

Nazir eyni zamanda İranın nüvə proqramına da toxunaraq, Tehranın uranın zənginləşdirilməsi məsələsində israrlı mövqe sərgilədiyini qeyd edib. Fidan vurğulayıb ki, bu məsələ regional və qlobal təhlükəsizlik baxımından diqqətlə izlənilməlidir.