FİFA konqresində Fələstin və İsrail nümayəndələri birgə fotodan imtina etdi
Dünya
FİFA prezidenti Canni İnfantino Kanadanın Vankuver şəhərində keçirilən təşkilatın 76-cı konqresində Fələstin Futbol Assosiasiyasının rəhbəri Cibril Rəcub və İsrail Futbol Assosiasiyasının vitse-prezidenti Basim Şeyx Süleyman ilə birgə foto çəkdirmək təklifinə rədd cavabı alıb.
News24.az xəbər verir ki, bundan sonra İnfantino tribunadan çıxış edərək bildirib ki, Fələstin və İsrail FIFA üzvü kimi eyni hüquq və öhdəliklərə malikdir və onları əməkdaşlığa çağırıb.
Daha sonra o, hər iki tərəfin nümayəndələrinə yaxınlaşaraq əl sıxmağı təklif etsə də, Fələstin tərəfi yenidən imtina edib.
30 apreldə keçirilən 76-cı FIFA konqresində İnfantino həmçinin İran millisinin turnirdə iştirakını təsdiqləyib.
Futbol üzrə dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Qarşıdakı mundial tarixdə ilk dəfə olaraq 48 yığmanın iştirakı ilə baş tutacaq./Gazeta.ru/