Filippində torpaq sürüşməsi: Ölənlərin sayı 13-ə çatdı
Dünya
Filippinin Sebu şəhərində torpaq sürüşməsi nəticəsində tullantıların idarə olunması müəssisəsində 13 nəfər ölüb.
News24.az xəbər verir ki, Filippin Xəbər Agentliyinin (PNA) məlumatına görə, hadisə yanvarın 8-də Binaliv ərazisində qeydə alınıb.
Sürüşmə nəticəsində 18 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, 23 nəfər isə itkin düşüb. Axtarış-xilasetmə işləri yeni torpaq sürüşməsi riski səbəbindən təhlükəli şəraitdə davam etdirilir.