Fırtına nəticəsində 53 min ev işıqsız qaldı

Fırtına nəticəsində 53 min ev işıqsız qaldı Dünya

Fransada baş verən güclü fırtına və ildırımlar nəticəsində təxminən 53 min ev elektrik enerjisiz qalıb.

News24.az xəbər verir ki, yerli medianın məlumatına görə, elektrik kəsintiləri əsasən Overn-Rona-Alp və Yeni Akvitaniya bölgələrində qeydə alınıb. Fırtına güclü külək, dolu və intensiv ildırımlarla müşayiət olunub.

Təbii hadisə nəticəsində yollarda ağaclar aşıb, bəzi tikililərə ziyan dəyib, nəqliyyatda isə fasilələr yaranıb. Aidiyyəti qurumlar elektrik təchizatının bərpası istiqamətində işləri davam etdirir.