Floridadakı gizli danışıqlardan yeni detallar üzə çıxır
Dünya
Floridada keçirilən Ukrayna-ABŞ danışıqlarında müzakirə olunan əsas məsələlər bəlli olub.
News24.az xəbər verir ki, bu barədə “Wall Street Journal”a ABŞ administrasiyasının adını açıqlamayan nümayəndəsi məlumat verib.
Məlumata görə, danışıqlar əsasən Ukrayna və Rusiya arasında ərazilərin mübadiləsi imkanı, həmçinin Ukraynada seçkilərin keçirilmə vaxtı ilə bağlı aparılır.
Məqalədə danışıqların gedişi barədə başqa detallar açıqlanmayıb.