Fransa Parlamentinin deputatları evdən işləyir: - “İclaslarda iştirakımız mənasızdır”

Fransa Parlamentinin deputatları evdən işləyir: - “İclaslarda iştirakımız mənasızdır” Dünya
Fransa Parlamentinin aşağı palatasından olan deputatların əksəriyyəti qanunverici orqanın iclaslarında iştirak etmir. 

News24.az yerli mətbuata istinadən xəbər verir ki, onlar bunu hökumətin mövsümün sonunadək daha çox qanun layihəsini təsdiqləmək tələbi ilə izah edir. 

Deputatların iclasları boykot etməsi yerli televiziya kanallarının da diqqətini çəkib. Onlar bu məsələ ilə bağlı reportajlarında parlamentarilərin davranışını tənqid ediblər. 

Reportajda bildirilib ki, pensiya islahatlarının müzakirə edildiyi iclasa 577 deputardan cəmi 72 nəfər qatılıb. 

Bu arada, qanunverici orqan üzvlərindən Adrien Klue mövcud etinasız münasibəti həddindən artıq gərgin iş şəraiti ilə əlaqələndirib. 

O, bildirib ki, sutkada 10-15 saat işləmələrinə baxmayaraq, hökumət onların təkliflərini gözardı edir. 

Digər deputatlar da onun fikrini dəstəkləyərək, iclaslarda iştirakın mənasız vaxt itkisi olduğunu bildiriblər:

“Hökumətin təklif etdiyi islahat paketi bizimlə xalqın arasına böyük sədd çəkib. Buna görə bir çox həmkarlarım kimi mən də evdən işləyirəm. Prezident Makron parlamentə kütləvi etirazlar zamanı zərər görən binaların bərpası barədə qanun layihəsi təqdim edib, lakin yetərsay olmaması səbəbindən onu müzakirəyə çıxara bilmirik”.

Fərid Azəri