Fransa vətəndaşlarına çağırış etdi: - Bu ölkələrə getməyin...
Dünya
Fransa vətəndaşlarına yaxın günlərdə İsrailə, o cümlədən İran, Livan və Fələstin ərazilərinə səyahətləri tamamilə dayandırmağı tövsiyə edib.
News24.az axar.az-a istinadən bildirir ki, Fransa Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb.
Bildirilib ki, İranın Dəməşqdə SEPAH hərbçilərinin öldürülməsinə görə İsraildən qisas alacağı ilə bağlı təhdidləri fonunda eskalasiya təhlükəsi var.