Fransada ictimai nəqliyyatda maska tələbi ləğv edilir

Fransada ictimai nəqliyyatda maska tələbi ləğv edilir Dünya
Fransa hökuməti ictimai nəqliyyatda maska taxmaqla bağlı tələb mayın 16-dan ləğv edir.

News24.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Vernan keçirdiyi brifinqdə deyib.

Vernan ölkədə epidemioloji vəziyyətin yaxşılaşdığını, pandemiyanın bitməməsinə rəğmən, yeni yoluxma hallarının azaldığını vurğulayıb.