Meşə yanğını: - Marsel hava limanı bağlandı

Meşə yanğını: - Marsel hava limanı bağlandı Dünya

Fransanın cənubunda, Marsel şəhərinə yaxın Pennes-Mirabeau bölgəsində güclü meşə yanğını baş verib. Yanğının səbəbi hələ məlum deyil.

News24.az CNN Türk-ə istinadən xəbər verir. 

Alovlara qarşı 168 yanğınsöndürən və 70-ə yaxın texnika cəlb olunub. Təxminən 30 hektar yaşıllıq sahə məhv olub.

Hadisə səbəbilə Marsel Provence Hava Limanı müvəqqəti olaraq bağlanıb. Yerli hakimiyyət sakinlərə vacib olmadıqca evdən çıxmamağı tövsiyə edib. Marselə aparan A55 avtomobil yolu da qismən bağlanıb.

Xeyrənsə Piriyeva