Fransada ümummilli tətil elan edildi – FOTOLAR
Dünya
Fransada əsasən dövlət sektorunu əhatə edən ümummilli tətil və nümayişlər keçirilir.
News24.az xəbər verir ki, sksiyanı ölkənin əsas həmkarlar ittifaqları təşkil edib. Ölkə üzrə 170-dən çox nümayiş keçirilib.
Etirazların əsas səbəbi hökumətin büdcə siyasətinə və dövlət sektorunda çalışanların alıcılıq qabiliyyətinin azalmasına narazılıqdır.
Tətil 2027-ci il dövlət büdcəsi layihəsinin təqdimatından iki gün əvvəl keçirilir.
Aksiyalarda müəllimlər, tibb işçiləri və yanğınsöndürənlərlə yanaşı, məktəblilər də iştirak edir. Şagirdlər büdcə siyasəti ilə yanaşı, siniflərin həddindən artıq dolu olmasına və müəllim çatışmazlığına etiraz edirlər.