Fransanın atom sualtı bazası üzərində naməlum dronlar qeydə alındı

Fransanın atom sualtı bazası üzərində naməlum dronlar qeydə alındı Dünya

Fransada “İl-Long” Hərbi Dəniz Qüvvələri bazası üzərində naməlum dronlar müşahidə edilib.

News24.az xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.

Bildirilir ki, ümumilikdə 5 dron qeydə alınıb. Hərbçilər dronları vurmağa çalışsa da, heç birini məhv etmək mümkün olmayıb.

Məlumata əsasən, üzərindən dron keçən bu bazada ballistik raketlərlə təchiz edilən atom sualtı qayıqları yerləşir.

Qeyd edək ki, bu, zonada naməlum pilotsuz uçuş aparatlarının aşkarlanması ilə bağlı ilk hal deyil. Sonuncu dəfə oxşar hadisə noyabrın 18-də qeydə alınıb — həmin vaxt dron qonşu Krozon yarımadası üzərində görünüb.