Gərginlik artır: İran, Çin və Rusiya birlikdə təlim keçirəcək
Dünya
ABŞ və İran arasında artan gərginlik fonunda regionda hərbi fəallıq yüksəlməkdə davam edir.
News24.az xəbər verir ki, "Əl-Cəzirə" televiziyasına danışan və adı açıqlanmayan İran rəsmisinin sözlərinə görə, İran Hərbi Dəniz Qüvvələri yaxın günlərdə Çin və Rusiya ilə birlikdə Oman körfəzində və Hind okeanında birgə hərbi təlimlərə başlayacaq.
ABŞ-nin yaxın vaxtlarda İrana qarşı hərbi əməliyyatlara başlaya biləcəyi ilə bağlı ehtimalların artdığı bir dövrdə ABŞ Hərbi Dəniz Qüvvələrinin də Donald Trampın göstərişi ilə Oman körfəzi yaxınlığına yerləşdirildiyi bildirilir.