Gizlinlər açıldı - Hücum əmrini İran veribmiş
Dünya
1992-ci ildə İsrailin Buenos-Ayresdəki səfirliyi və 1994-cü ildə “Asociacion Mutual Israelita Argentina” (AMIA) yəhudi mərkəzinə hücum əmrini İran verib.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Argentina məhkəməsinin qərarında deyilir.
Qərar həmçinin Tehranın dəstəklədiyi “Hizbullah” terror təşkilatını da əhatə edir.
Argentina məhkəməsi İranı “terrorçu dövlət” elan edib və AMIA-ya hücumu “Argentina tarixindəki ən ölümcül hücum və bəşəriyyətə qarşı cinayət” adlandırıb.