Gizlənqaç oynayan zaman dondurucuya girən bacı-qardaş öldü – Kolumbiyada faciə
Dünya
Kolumbiyada gizlənqaç oynayarkən dondurucuya girən səkkizyaşlı Saori və beşyaşlı Darien Tiller adlı bacı-qardaş ölüb.
News24.az xəbər verir ki, ilkin məlumatlara görə, valideynləri qısa müddətlik alış-verişə gedən uşaqlar elektrik enerjisi kəsilmiş dondurucuya girib, daha sonra boğularaq ölüb.
Evə qayıtdıqdan sonra uşaqlarını tapa bilməyən valideynlər axtarışa başlayıb. Onlar uşaqları dondurucunun içərisində huşsuz vəziyyətdə tapıblar.
Uşaqlar xəstəxanaya çatdırılsalar da, həyatlarını xilas etmək mümkün olmayıb. (Qafqazinfo)