ABŞ-nin Yaxın Şərqdəki "bahalı" müharibəsinin DETALLARI

ABŞ-nin Yaxın Şərqdəki "bahalı" müharibəsinin DETALLARI Dünya

ABŞ-nin İrana qarşı başlatdığı hərbi əməliyyatların maliyyə yükü rekord həddə çatıb.

News24.az xəbər verir ki, münaqişənin başladığı 36 gün ərzində Vaşinqtonun xərcləri artıq 42 milyard dolları ötüb.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Konqresə təqdim etdiyi rəsmi hesabata əsasən, əməliyyatın ilkin mərhələsi xüsusilə baha başa gəlib. Belə ki, döyüşlərin ilk 6 günü üçün 11,3 milyard dollar xərclənib. Hazırda isə hərbi əməliyyatların davam etdirilməsi ABŞ büdcəsinə hər gün orta hesabla 1 milyard dollara başa gəlir. Lakin müstəqil analitiklər və "Iran War Cost Tracker" portalı iddia edir ki, infrastrukturun bərpası və dolayı xərclər nəzərə alınarsa, real məbləğ rəsmi rəqəmlərdən xeyli yüksək ola bilər.

Maliyyə itkiləri ilə yanaşı, diplomatik gərginlik də pik həddədir. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-nin bu siyasətini "fəlakətli" adlandırıb. O vurğulayıb ki, Vaşinqtonun regiondakı addımları Yaxın Şərqi tamamilə alova bürüyəcək:

"Bu gedişat hər bir ailə üçün əsl cəhənnəmə çevriləcək və ABŞ bunun acı nəticələrinə qatlanmalı olacaq".