Göy öskürək halları - ARTDI
Dünya
Yaponiyada göy öskürək infeksiyasına yoluxma hallarında rekord həftəlik artım qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Bildirilib ki, ilin əvvəlindən bu yana ümumi yoluxma sayı təxminən 19,300 nəfərə çatıb. Bu isə 2019-cu ilin ümumi göstəricisindən 2,400-dən çox hal deməkdir.
12–18 may tarixləri arasında ölkə üzrə 2299 yeni yoluxma hadisəsi aşkarlanıb ki, bu da əvvəlki həftədən 507 hal çoxdur.
Qeyd edək ki, göy öskürək nəfəs yollarının təhlükəli infeksion xəstəliyidir və ən xarakterik əlaməti qıcolma tipli spazmatik öskürəkdir. Xüsusilə iki yaşdan kiçik uşaqlar üçün olduqca təhlükəlidir.
Məryəm İlhamqızı