Göy üzündə böyük görüş – Mayın 1-də səhər saatlarında...

Göy üzündə böyük görüş – Mayın 1-də səhər saatlarında... Dünya
Günəş sisteminin ən parlaq iki planeti olan Venera və Yupiter mayın 1-də səhərə yaxın saatlarda Yerdən baxanda az qala bir-birinə dəyəcək qədər yaxın görünəcəklər.

Bu barədə “Live Science” məlumat yayıb.

Həmçinin Venera, Mars, Yupiter və Saturn da səmada eyni xəttdə görüləcək.

Bir-birindən milyonlarla kilometr uzaqlıqda olan və müxtəlif vaxtlarda Günəş ətrafında dövrələrini tamamlayan planetlər Yerdən baxanda bir-birinə toxunacaq qədər yaxın görünəcəklər.

“Planetlərin qovuşması” adlandırılan bu hadisə hər il baş versə də, elm adamları gözlənilən Venera-Yupiter görüşünün Yer kürəsinə çox daha yaxın nöqtədə baş verəcəyini və planetlərin teleskopun köməyi olmadan daha aydın şəkildə müşahidə edilə biləcəyini deyiblər. /Teleqraf.com/