Güclü fırtına 4 nəfərin ölümünə səbəb oldu

Güclü fırtına 4 nəfərin ölümünə səbəb oldu Dünya

ABŞ-nin Miçiqan ştatında baş verən güclü fırtına nəticəsində 4 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

News24.az xəbər verir ki, bu barədə ABŞ Milli Meteorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Yunion Siti yaxınlığında ən azı bir tornado qeydə alınıb.

Məlumata görə, Yunion Leyk bölgəsində baş verən tornado nəticəsində 3 nəfər həyatını itirib, 12 nəfər yaralanıb. Kass dairəsində isə daha bir nəfərin tornado səbəbindən öldüyü bildirilib.

Yerli sakinlərin sözlərinə görə, güclü fırtına ağacları kökündən qoparıb, bəzi evlərə ciddi ziyan vurub.