Güclü zəlzələ oldu - Video

Güclü zəlzələ oldu - Video Dünya

İndoneziyada Molukka dənizində 7,4 bal gücündə zəlzələ baş verib.

News24.az xəbər verir ki, 35 kilometr dərinlikdə qeydə alınan zəlzələ ətraf adalarda ciddi dağıntılara səbəb olub.

Təbbi fəlakət nəticəsin bir nəfər ölüb.

Hadisədən sonra sunami xəbərdarlığı elan edilsə də, daha sonra ləğv edilib.

Ümumilikdə 11 afterşok (təkrar təkan) qeydə alınıb, onlardan ən güclüsü 5,5 bal olub.

Yerli hakimiyyət orqanları bəzi binalara ziyan dəydiyini bildirib.