Güclü zəlzələdə ölənlərin sayı 281-ə çatdı
Dünya
Kolumbiyada 10 avqustda baş verən 7,4 bal gücündə güclü zəlzələ nəticəsində ölənlərin sayı 281-ə yüksəlib. Təbii fəlakət nəticəsində minlərlə insan yaralanıb, yüzlərlə şəxsin taleyi isə hələ də məlum deyil.
News24.az xəbər verir ki, Kolumbiya Prezidenti Abelardo de la Espriella mətbuat konfransında axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyini bildirib.
Onun sözlərinə görə, zəlzələ nəticəsində 3 971 nəfər yaralanıb, 379 nəfər isə itkin düşüb.
Prezident əsas prioritetin dağıntılar altında qalan insanların xilas edilməsi olduğunu vurğulayıb.
“Vəziyyət mürəkkəbdir, lakin bütün resurslarımızdan istifadə edirik. Həmçinin yardım təklif edən və müvafiq standartlara cavab verən ölkələrin imkanlarından da yararlanırıq. Ürəyim qurbanların ailələri və hələ də itkin düşənlərlədir”, - deyə De la Espriella bildirib.