Gümrüdə Rusiya hərbçisinin meyiti tapıldı
Dünya
Yanvarın 25-də Ermənistanın Gümrü rayonunda 23 yaşlı Rusiya vətəndaşı Aleksey Yampolskinin asılmış meyiti tapılıb.
Teleqraf.com "news.am"a istinadən xəbər verir ki, məhkəmə-tibb ekspertinin ilkin rəyinə görə, meyitin üzərində zorakılıq izləri aşkar edilməyib. Faktla bağlı istintaq şöbəsində in*tihar və ya in*tihara cəhd əlamətləri ilə cinayət işi başlanıb.
A.Yampolski Rusiya Federasiyasının Ermənistanda yerləşən 102-ci hərbi bazasında hərbi qulluqçu kimi xidmət edib.