Günün fotosu: sülh üçün 2300 kilometr qət etdilər
Dünya
Vaşinqtonda “Sülh yürüşü” aksiyası zamanı buddist rahiblər Kapitolinin qarşısından keçiblər.
News24.az xəbər verir ki, theravada ənənəsinə mənsub buddist rahiblər Texas ştatının Fort-Uert şəhərindən Vaşinqtona qədər 2300 kilometr məsafə qət ediblər.
Onların yürüşü fevralın 12-də Merilend ştatının Annapolis şəhərində başa çatacaq.
Qeyd edək ki, “Sülh yürüşü” (March for Peace) adlanan bu təşəbbüs buddist rahiblərin zorakılığa, müharibələrə və sosial qarşıdurmalara qarşı simvolik çağırışı kimi təqdim olunur. Onlar adətən səssiz şəkildə, meditativ formada və ictimaiyyətə açıq marşrutla hərəkət edirlər.