Gürcüstan Prezidenti Əli Xameneinin dəfn mərasimində iştirak edəcək
Dünya
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili İranda ayətullah Əli Xameneinin dəfn mərasimində iştirak edəcək.
News24.az xəbər verir ki, bu barədə “InterpressNews” agentliyi Gürcüstan Prezident Administrasiyasına istinadən məlumat yayıb.
Məlumata görə, İran İslam Respublikası tarixində ən irimiqyaslı dövlət dəfn mərasiminə hazırlaşır. Mərasimlər şənbə günündən başlayaraq altı gün ərzində İran və İraqın beş şəhərində keçiriləcək. Son dəfn mərasimi isə iyulun 9-da Məşhəd şəhərində baş tutacaq.
Rəsmi vida mərasimi Xameneinin həlak olmasından təxminən dörd ay sonra keçiriləcək.