Gürcüstanda miqrantlar saxlanıldı: Aralarında azərbaycanlılar da var

Gürcüstanda miqrantlar saxlanıldı: Aralarında azərbaycanlılar da var Dünya

Gürcüstanda qanunsuz yaşayan 41 xarici vətəndaş saxlanılıb.

News24.az xəbər verir ki, əməliyyat tədbirləri paytaxt Tbilisi və Batumi şəhərlərində həyata keçirilib.

Bildirilib ki, saxlanılanlar Azərbaycan, Türkiyə, Türkmənistan, Rusiya, Azərbaycan, Əlcəzair, Çin, Özbəkistan, Yəmən, İordaniya və İraq vətəndaşlarıdır. Onların ölkədə qalma qaydalarını pozduğu təsdiqlənib.

Hazırda saxlanılan şəxslər müvəqqəti saxlama mərkəzinə yerləşdirilib. Onların deportasiyası ilə bağlı müvafiq prosedurlar davam etdirilir.