Gürcüstanda şagirdləri daşıyan avtobus qəzaya düşdü
Dünya
Gürcüstanda şagirdləri daşıyan mikroavtobus qəzaya uğrayıb.
News24.az xəbər verir ki, mikroavtobus şagirdləri Çantlisqure kəndindən Yeni kənd (Axalsofeli) 1 nömrəli ictimai məktəbinə aparıb.
Məlumata görə, yaralananlardan birinin əl darağı sümüyü, digərinin isə körpücük sümüyü sınub.
Üç uşaq təcili yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
Yüngül xəsarətlər alan digər şagirdləri isə valideynləri və hadisə yerində olan şəxslər tibb müəssisəsinə aparıblar.
DİN-in məlumatına görə, istintaq 276-cı maddə ilə başladılıb.