Gürcüstanın sabiq müdafiə naziri 10 il müddətinə həbs edildi
Dünya
Gürcüstanın sabiq müdafiə naziri Cuanşer Burçuladze 10 il müddətinə azadlıqdan məhrum edilib.
News24.az xəbər verir ki, qərar Tbilisi şəhər məhkəməsinin hakimi İrakli Xuskivadze tərəfindən qəbul edilib.
Qeyd edək ki, Burçuladze 2025-ci il sentyabrın 11-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz gəlirlərin leqallaşdırılması ilə ittiham olunur. (Qafqazinfo)