Hakan Fidan regional müzakirələr üçün Pakistana gedir

Hakan Fidan regional müzakirələr üçün Pakistana gedir Dünya

Türkiyənin xarici işlər naziri Hakan Fidan regional məsələlərin müzakirəsi məqsədilə Pakistana səfər edəcək.

News24.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, nazir martın 29–30-da Pakistanın paytaxtı İslamabadda keçiriləcək toplantıda iştirak edəcək. Görüşdə bölgədəki son siyasi və təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılır.

Qeyd olunub ki, səfər çərçivəsində regional proseslər və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılacaq.

Nilufər