Hakan Fidanla Sergey Lavrov arasında mühüm görüş

Hakan Fidanla Sergey Lavrov arasında mühüm görüş Dünya

Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb.

News24.az xəbər verir ki, görüş Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub. Tərəflər regional proseslər və Türkiyə–Rusiya ikitərəfli münasibətlərini müzakirə ediblər.

Məlumata görə, danışıqlarda iki ölkənin xarici siyasət qurumları arasında əməkdaşlığın genişləndirilməsi məsələləri də gündəmdə olub.

Görüşün yekununda Türkiyə Respublikası Xarici İşlər Nazirliyi ilə Rusiya Federasiyası Xarici İşlər Nazirliyi arasında "2026–2027-ci illəri əhatə edən məsləhətləşmələr üzrə Fəaliyyət Planı" imzalanıb.

Nilufər