Paşinyanın maaşına 80 faiz artım edilir

Paşinyanın maaşına 80 faiz artım edilir Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyanın maaşı təxminən 80 faiz artaraq ölkə prezidenti Vaaqn Xaçaturyanın maaşı ilə eyni səviyyəyə çatacaq.

News24.az xəbər verir ki, Paşinyanın əməkhaqqı 2 milyon 662 min drama, yəni təxminən 7,3 min dollara yüksələcək.

Nazirlərin maaşı isə ikiqat artırılaraq 1 milyon 997 min drama çatdırılacaq. Bu məbləğ təxminən 5 470 dollar təşkil edir.