Hamilə həyat yoldaşını vulkandan aşağı itələyərək öldürdü
Dünya
29 yaşlı Kaşif Ənvər 2021-ci ilin sentyabrında yürüş zamanı həyat yoldaşı 31 yaşlı Fəvziyə Cavidi Edinburqdakı qədim vulkan olan Artur Sitdən itələyərək öldürüb.
News24.az xəbər verir ki, Kaşif Ənvər həyat yoldaşının yüksəklikdə olan zaman ona toxunaraq yıxıldığını iddia edib.
Edinburq Ali Məhkəməsində bir həftə davam edən məhkəmə prosesindən sonra həmin şəxsin müdafiəsi qəbul edilməyib.
İngiltərənin Lids şəhəri yaxınlığındakı qəsəbədən olan Ənvər ən azı 20 il olmaqla ömürlük həbs cəzasına məhkum edilib.
Məlum olub ki, Fəvziyə Cavid yıxıldıqdan dərhal sonra ölməyib və insanlara ərinin onu itələdiyini deyə bilib. /CNN Türk/