“Haradansa çıxdı, gündəm oldu” – Kadırov qalmaqallı xəbərləri təkzib etdi
Dünya
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov oğlu Adam Kadırovun yol-nəqliyyat hadisəsinə düşməsi ilə bağlı yayılan məlumatların dezinformasiya xarakteri daşıdığını iddia edib.
News24.az xəbər verir ki, Kadırovun sözlərinə görə, müasir texnologiyalardan, xüsusilə süni intellekt imkanlarından istifadə etməklə istənilən şəxsi çaşdırmaq mümkündür.
O bildirib ki, oğlu ilə bağlı guya baş vermiş yol qəzası barədə məlumatlar naməlum mənbələrdən yayılaraq qısa müddətdə dünya mediasının əsas gündəm mövzularından birinə çevrilib.
“Süni intellektin köməyi ilə istənilən insanı aldatmaq olar. Haradansa ortaya atılan bu məlumat dərhal qlobal miqyasda əsas xəbərlərdən biri oldu”, – deyə Ramzan Kadırov qeyd edib.