Hava limanında uşaq dünyaya gətirib öldürdü

Hava limanında uşaq dünyaya gətirib öldürdü Dünya

Moskvanın Şeremetyevo hava limanında dəhşətli hadisə baş verib.

News24.az xəbər verir ki, təyyarə hava limanının beynəlxalq terminalına eniş etdikdən sonra sərnişinlərdən birinin doğuş sancıları başlayıb.

Həmin an qadın sanitar qovşağa yollanıb.

O, ayaqları ilə tualetin qapısını içəridən tutub. Ətrafdakı insanlar ona kömək təklif etsələr də, sərnişin bundan imtina edib.

Uşaq dünyaya gətirən qadın daha sonra onu amansızcasına öldürüb.

Beləki, o, körpənin ağzını tualet kağızı ilə doldurub. Nəticədə körpə boğularaq ölüb. Qadın ölən körpənin meyitini zibil qutusuna atıb.

Hadisə yerinə gələn həkimlər qadını xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Ölümün səbəbi güclü uşaqlıq qanaxması olub.