Həkim səhlənkarlığı həyatını kabusa çevirdi

Həkim səhlənkarlığı həyatını kabusa çevirdi Dünya

Türkiyəli aktrisa Aslı Bekiroğlu sadə mioma əməliyyatı zamanı həkim səhlənkarlığı nəticəsində bağırsağının zədələndiyini açıqlayıb.

News24.az xəbər verir ki, aktrisa bu səhvin onun üçün ağır fəsadlara yol açdığını və indiyədək bir neçə dəfə əməliyyat olunduğunu bildirib.

Hazırda müalicəsi davam edən Bekiroğlu həm fiziki, həm də psixoloji baxımdan çətin bir bərpa mərhələsindən keçdiyini, lakin sağalmaq üçün mübarizəni davam etdirdiyini deyib.