Helikopter QƏZASI: - 3 nəfər öldü
Dünya
Meksika mətbuatında yer alan xəbərə görə, helikopter paytaxt Mexiko şəhərinin Koyoakan bölgəsində qəzaya uğrayaraq alovlanıb.
News24.az xəbər verir ki, hadisə zamanı 3 nəfər həyatını itirərkən, əraziyə axtarış-xilasetmə qrupları sövq edilib.
Şahidlərin sözlərinə görə, pilot helikopterin bazar meydanına çırpılmasının qarşısını almaq üçün son anda manevr edib.
Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.
Günel Məlikzadə