HƏMAS bu addımı qara ləkə - adlandırdı
Dünya
Həmas İsrailin şimaldakı hücumlardan qaçaraq cənuba gedəN dinc sakinləri hədəf almasını "beynəlxalq ictimaiyyətin alnındakı qara ləkə" kimi qiymətləndirib.
News24.az xəbər verir ki, bu barədə "Haberglobal" məlumat yayıb.
İsrailin şiddətli hücumlarına məruz qalan fələstinlilərin şimalda cənub bölgələrinə köç edərkən Səlahəddin küçəsində hədəf alındığı və buradakı Əl-Burak məktəbinin vurulduğu bildirilib.
Bəyanatda, İsrailin cənuba doğru hərəkət edən dinc insanları hədəf alması "faşist cinayəti" olaraq qiymətləndirilir və bu qaçqın qırğınlarının beynəlxalq ictimaiyyət üçün utanc verici olduğu qeyd edilib.
Ülkər Abdurahmanlı