HƏMAS yeni liderini seçəcək

HƏMAS yeni liderini seçəcək Dünya

HƏMAS bu ay ərzində yeni liderini seçəcək.

News24.az xəbər verir ki, bu barədə HƏMAS-dan olan iki anonim mənbə “Reuters“ə danışıb.

Mənbələr potensial namizəd adı çəkməsələr də, “Reuters“ Xəlil əl-Hayya və Xalid Meşaalın daha şanslı namizədlər olduğunu yazıb.

Qeyd edək ki, HƏMAS lideri İsmayıl Haniyə 2024-cü ilin iyul ayında Tehranda sui-qəsd nəticəsində öldürülüb.

Onun yerinə keçən Yəhya Sinvar da elə həmin ilin oktyabrında İsrail ordusu ilə döyüşlərdə həlak olub. (APA.az)